Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Sübhani Milli Təhlükəsizlik Şurasının sabiq katibi şəhid Əli Laricaninin ailəsi ilə görüşdə bildirib ki, mərhum dövlətə, İslam İnqilabına və ruhaniyyətə dərin bağlılığı ilə seçilən, həmçinin son dərəcə qayğıkeş, fədakar və fəzilətli şəxsiyyətlərdən biri olub.
Ayətullah Sübhani qeyd edib ki, elm və mərifət ocaqlarına mənsub olan bu ailənin övladlarının ilahi inayət və xüsusi diqqət altında olacağına ümid edir. Həzrət Ayətullah Sübhani şəhid Əli Laricaninin oğlu Şeyx Məhəmmədrzaya da ictihad və elm yolunda möhkəm iradə ilə addımlamağı tövsiyə edib.
Həzrət Ayətullah Sübhani vurğulayıb ki, şəhadət həmin ailənin taleyinə yazılmış böyük bir iftixar və ilahi dəyərdir.
«عاشَ سَعیداً وَ ماتَ سَعیداً»
“Xoşbəxt yaşadı və səadət içində dünyadan köçdü.”
Həzrət Ayətullah Sübhani səbir və dözüm məktəbinin həzrət Fatimeyi-Zəhra (s.ə), həzrət Zeynəb (s.ə) və Ümmül-Bənin (s.ə) həyatında təcəlli etdiyini bildirərək şəhid ailəsinə səbr arzulayıb.
Həzrət Ayətullah Sübhani çıxışının sonunda dua edib ki, uca Allah şəhid Əli Laricanini, onun əziz övladını və son hadisələrdə şəhadətə qovuşan bütün şəhidləri Bədr və Ühüd şəhidləri ilə məhşur etsin və onları öz sonsuz rəhmətinə qovuşdursun.

Xəbərin sonu
Rəyiniz